HAQQIMIZDA

Təhsil və elm sahəsində olan otuz illik təcrübəmizdən və müvəffəqiyyətli fəaliyyətimizdən bəhrələnərək yaratdığımız “Idrak Academy” adlı beynəlxalq təlim platforması ilə xidmətinizdəyik. İnnovativ təlim platforması modeli olan “Idrak Academy” üçün keyfiyyət yüksək səviyyəli xidmət əsas prioritetdir.

Bildiyimiz kimi, müasir dövrümüzdə sadəcə orta təhsil və ya ali təhsil almaq kifayət etmir. Ən yaxşı nəticələri əldə etmək və həyat səviyyəmizi yüksəltmək üçün daima fərdi bacarıqlarımızı, dünyagörüşümüzü, biliyimizi inkişaf etdirməliyik. Lakin necə?! “Idrak Academy” sizin əvəzinizə bu istiqamətdə olan hər məqamı incəliklərinə qədər düşünməkdədir.

“Idrak Academy” üçün istedadsız və bacarıqsız insan yoxdur. Yanlış mühitdə yetişdirilmə və qeyri-düzgün istiqamətə yönləndirilmə nəticəsində uğursuzluq qazanan insan vardır. “Idrak Academy”dəki peşəkar mütəxəssislərin dəstəyindən ilhamlanaraq siz öz potensialınızı kəşf edəcək, doğru istiqamətləndirilərək biliklərinizi inkişaf etdirəcək, bacarıqlarınızı cilalayacaqsınız. Osmanlı dövlətinin idarəçiliyi dövründə qurulan Əndərun saray məktəbində tətbiq edilən düşüncə tərzi “Idrak Academy” üçün də keçərlidir: “Burada heç bir quş üzməyə, heç bir balıq uçmağa məcbur edilə bilməz!” Beləliklə, sizə sadəcə bizə qoşularaq özünüzü doğru istiqamətdə kəşf etmək və inkişaf etdirmək qalır.

Qoşulmaq üçün ən uğurlu yaş dövrü məktəbəqədər təlimlərdən başlayır. Bizim fərqli dillərdə (türk, azərbaycan, ingilis, rus, alman və s.) olan məktəbəqədər təlimlərimiz uşaqların özünü və ətraf aləmi dərk etməsinə, məktəb həyatına daha əmin addımlarla qədəm qoymasına imkan verir.

“Idrak Academy” dərsləri ilə orta məktəbdə təhsil almaq olduqca maraqlı və asan mənimsəniləndir. Çünki biz, sadəcə orta təhsil bazasını möhkəmləndirən hazırlıq dərsləri verməklə kifayətlənmirik. Həmçinin şagirdlərin ölkədaxili və beynəlxalq olimpiadalara, xaricdəki dil kurslarına, müxtəlif təlim və təcrübə proqramlarına hazırlığını və iştirakını da təmin edirik. Bütün bunlar şagirdin portfoliosunu zənginləşdirərək gələcəkdəki təhsil və iş həyatında fərqlənməsinə zəmin yaradır. “Idrak Academy” yerli və beynəlxalq ali təhsil müəssisələrinə qəbul üçün zəruri olan bütün sirləri şagirdlər ilə paylaşaraq onların arzu etdikləri istiqamətə doğru uğurla irəliləməsi üçün bütün imkanları yaradır.

İnsan dəyişkən və emosional varlıqdır. Xüsusilə uşaqlıq və yeniyetməlik dövründə! Kiçik bir uğursuzluq belə, pessimizmə qapılmağa, ruhdan düşməyə və yanlış qərar verməyə səbəb olur. Bu məqamı diqqətə alan “Idrak Academy” müxtəlif şəxsiyyət tiplərinə mənsub olan şəxslərlə işləməyi bacaran peşəkar psixoloqların xidmətini təşkil edir. Psixoloqlarımız həmçinin erkən yaşlardan uşaqların daxili bacarıqlarını, istedadlarını üzə çıxarmağa da kömək edirlər. Qeyd edək ki, biz “Idrak Academy” olaraq, şagirdlərimizin tədris və təlim prosesində passiv iştirakçı olmamaları üçün interaktiv mühitdə inkişafına dəstək verməklə yaradıcı təfəkkürünü irəli çəkirik.

Xüsusilə ali təhsil dövrünün ilk pillələrində zaman məfhumunun nə qədər əhəmiyyətli və məhdud olduğunu anlayan hər bir tələbə təhsil həyatının ilk ilindən başlayaraq karyera planlaması üçün təməl addımlar atır. Gələcək karyeranız üçün növbəti təhsil pillələrini davam etdirmək zəruridirmi və necə?! Hansı təlim və təcrübə proqramlarına qatılmaq lazımdır?! “Idrak Academy”də siz bu və digər bənzər suallarınıza cavab tapacaq, ən effektiv təlim proqramlarından və xidmətlərdən faydalana biləcəksiniz.

Xarici dil öyrənmək günümüzdə yalnız təhsil və iş həyatında uğurlu olmaq üçün vacib deyildir. Həmçinin fərqli mədəniyyətləri və bu mədəniyyətləri təmsil edən insanları tanımaq, dünyanı daha yaxından müşahidə etmək, ünsiyyət çevrəsini genişləndirmək və beləliklə də, beynəlmiləl şəxs olmaq üçün də olduqca əhəmiyyətlidir. Bu xüsusda əlverişli və unikal imkanlar təklif edən “Idrak Academy” ilə siz sevdiyiniz və seçdiyiniz xarici dildə danışmağı, dinləməyi, yazmağı və oxumağı paralel şəkildə, asan metodlarla və yüksək səviyyədə öyrənə biləcəksiniz.

Ölkələrarası tələbə mübadiləsini həyata keçirməyə dəstək verən “Idrak Academy” bu məqsədlə regional və beynəlxalq çərçivədə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinə əhəmiyyət verir. Həmçinin elmi fəaliyyətini davam etdirmək və bu məqsədlə magistratura və doktorantura pillələrində təhsil almaq, qrant müsabiqələrini qazanmaq, elmi işlərini yüksək impakt-faktorlu beynəlxalq elmi jurnallarda çap etdirmək, beynəlxalq elmi konfranslarda iştirak etmək istəyənlərə xidmət göstərmək məqsədilə nüfuzlu elmi tədqiqat müəssisələri ilə akademik əlaqələrin inkişafına diqqət göstəririk.

 “Idrak Academy” sizə çox geniş spektrdə təlimlər təklif edir. Bu təlimləri təcrübəli, peşəkar, akademik biliklərə malik və daima yeniliklərlə ayaqlaşmağı bacaran mütəxəssislər elmi-praktiki əsaslarla tədris etməkdədir. Bizə müraciət edən hər bir şəxs büdcəsinə və istəyinə uyğun seçim edə biləcəkdir. Onlayn təlimlərdən istifadə isə vaxtınıza qənaət etməyə kömək edəcəkdir. Təlimləri müvəffəqiyyətlə başa vuran hər bir şəxs beynəlxalq səviyyədə tanınan müvafiq sertifikat və diplomlar əldə edə biləcəkdir. Bu sertifikat və diplomlar sizə öz portfolionuzu zənginləşdirmək imkanını yaradacaqdır.

Bizi yaxından tanıya bilməyiniz üçün səhifəmizdə “Idrak Academy” haqqında olan rəyləri, tədris aparan mütəxəssislərlə bağlı yazılan lazımi məlumatları izləyə bilərsiniz. Həmçinin “blog” bölməmizdə elmi əsaslarla yazılan məqalələri oxuyaraq elm, təhsil və iş həyatında baş verən ən son yeniliklərlə və maraqlı məlumatlarla tanış ola bilərsiniz.

 “Idrak Academy” ilə siz yalnız  keyfiyyətli təlimlərdən yüksək nəticə əldə etməyəcəksiniz, həm də sağlam düşüncəli, dünyagörüşü geniş olan, ictimai həyata daha yaxşı adaptasiya ola bilən, tənqidi fikir və mülahizə irəli sürə bilən şəxs kimi özünüzü yetişdirməyə müvəffəq olacaqsınız. Eyni zamanda “Idrak Academy” sizə öz innovativ ideya və “start-up” layihələrinizi realizə edə bilmək imkanını yaradır. Beləliklə, arzularınızın, hədəflərinizin gerçəkləşəcəyi gələcəyə doğru irəliləmək üçün  “Idrak Academy” ən doğru seçimdir.

Qeyd edək ki, “Idrak Academy”-nin xidmətlərindən yalnız fərdi olaraq deyil, şirkət olaraq da faydalanmaq mümkündür.

Related Articles

MESAFELİ SATIŞ SÖZLEŞMESİ

İPTAL VE İADE KOŞULLARI

GİZLİLİK VE GÜVENLİK POLİTİKASI